İngiltərənin "Liverpul" klubu heyətinə yeni müdafiəçi qatmaq niyyətindədir.
Sport1.az xəbər verir ki, “qırmızılar” “Volfsburq”un üzvü Konstantinos Kulerakisi almağı planlaşdırır.
Tərəflər arasında danışıqlara start verilib. 21 yaşlı müdafiəçinin “Volfsburq”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdi.
Qeyd edək ki, Yunanıstan millisinin də şərəfini qoruyan Kulerakis “Volfsburq”a 2024-cü ildə PAOK-dan keçib.
Sport1.az