İspaniya millisinin sabiq oyunçusu hazırda komandasız qalıb.Sport1.az xəbər verir ki, Pablo Sarabiya “Vulverhempton”dan ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçunun Premyer Liqa təmsilçisi ilə müqavilə müddəti başa çatıb və tərəflər arasında yeni saziş imzalanmayıb.
Qeyd edək ki, Sarabiya 2024/25 mövsümündə “Vulverhempton”un heyətində 28 oyuna çıxıb və 3 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Sport1.az