Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubu ilə müqaviləsini ləğv edib.Sport1.az xəbər verir ki, 25 yaşlı hücumçu yanvarın sonunda paytaxt təmsilçisinin əsas komandasından kənarlaşdırılmışdı. Türkiyə klubunun rəhbərliyi onu satmaq niyyətində idi. Lakin müştəri tapılmadığından, anlaşmaya qarşlıqlı razılıqla son verilib.
Qeyd edək ki, Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu. Tezliklə onun yeni klubu bəlli olmalıdır. Renatın Azərbaycana qayıtmaq variantları da var.
Sport1.az