“Barselona”nın sabiq oyunçusu Samuel Umtiti komandası ilə yollarını ayırıb.Sport1.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Lill” ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi müqavilə müddəti bitən futbolçu ilə yeni kontrakt imzalamayıb.
Qeyd edək ki, Samuel 2023 ilin iyul ayında “Lill”ə transfer olunmuşdu.
Umtiti karyerası ərzində “Lion”, “Barselona”, “Leççe” kimi klubların formasını geyinib.
Sport1.az