Bir neçə saat öncə Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılacağı açıqlandı.Sport1.az xəbər verir ki, millimizin hücumçusunun klubdan ayrılmasına səbəb onun Bundesliqaya yollanma ehtimalı olub. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Hazırki komandası Mahirlə müqaviləni uzatmaq istəsə də Emrelinin daha çox maaş tələb etməsi və karyerasını Bundesliqada davam etdirmək istəyi razılaşmaya mane olub.
Qeyd edək ki, 27 yaşlı oyunçu 2024/25 mövsümündə “Nürnberq” forması ilə 23 oyuna çıxıb və 8 qola, 1 məhsuldar ötürməyə imza atıb.
Sport1.az