Növbəti mövsüm üçün yeni heyət formalaşdıran "Sumqayıt"da bəzi futbolçuların gələcək taleyi hələ də bəlli deyil. Sport1.az xəbər verir ki, "kimyaçılar" müqavilə müddəti bitən Murad Xaçayev və Elvin Bədəlov ilə yeni saziş imzalamağı planlaşdırır. Lakin futbolçular klubdan daha yüksək maaş tələb edir.
"Gənclik şəhər" təmsilçisi sözügedən oyunçuların məbləğdə güzəşt etməsini gözləyir.
Maraq üçün bildirək ki, "Neftçi"nin hər iki müdafiəçi ilə yaxından maraqlanması məsələni daha da qəlizləşdirir.
Xatırladaq ki, bu mövsüm "Sumqayıt" forması ilə E.Bədəlov 38 oyuna çıxıb və 3 məhsuldar ötürməyə imza atıb. M.Xaçayev isə 1 matç daha artıq keçirməsinə baxmayaraq cəmi 1 məhsuldar ötürmə verə bilib.
MURAD ABDULLAZADƏ
Sport1.az