"Ludoqorets" Noa Sonko Sundberq ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, komandasıyla 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuya Yunanıstan klubu maraqlanır.
Söhbət "Aris"dən gedir. 26 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 1,1 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Sivasspor"da keçirən qambiyalı meydanda olduğu 28 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraq üçün bildirək ki, "Aris" Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq.
Sport1.az