"Flamenqo"nun üzvü Uolles Yan İngiltərəyə transfer oluna bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilin dekabrına qədər müqaviləsi olan futbolçuya "Vulverhempton"dan maraq var. 20 yaşlı forvardın hazırda transfer dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 26 oyunda 8 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az