"Arsenal"ın portuqaliyalı yarımmüdafiəçisi Fabiu Vieyranın gələcək karyerası ilə bağlı müxtəlif variantlar müzakirə olunur.Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Ştutqart", "Parma" və "Vest Hem Yunayted" maraqlanır. 25 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 22 milyon avrodur. Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Porto"da keçirən Vieyra 42 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az