Mərakeşli futbolçu üçün AEK rəqibi olan klub hərəkətə keçib.
Sport1.az xəbər verir ki, "Lans"ın üzvü Anass Zaruri ilə "Panathinaykos" maraqlanır. 2028-ci ilə qədər müqaviləsi olan 24 yaşlı sol cinah oyunçusunun transfer dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, Zaruri ötən mövsüm meydana çıxdığı 29 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az