PSJ "Latsio"nun futbolçusu Mario Gila ilə maraqlanır.Sport1.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi ispan müdafiəçi üçün hərəkətə keçib.
İtaliya klubu Gila üçün 40 milyon avro tələb edir. O, 2024/2025 mövsümündə 43 matça çıxıb, 2 qol vurub.
Onun “Latsio” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. İspan 2022-ci il ildə “Real Madrid Kastilya”dan “Latsio”ya keçib.
Sport1.az