Norveçli müdafiəçi yeni mövsümdə karyerasını Premyer Liqada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "AZ Alkmaar"ın futbolçusu David Meller Volfe ilə "Vulverhempton" maraqlanır. 2028-ci ilə qədər müqaviləsi olan 23 yaşlı sol cinah müdafiəçisinin transfer dəyəri 9 milyon avrodur.
Qeyd edək ki, Volfe ötən mövsüm 47 oyuna çıxaraq 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az