Belçikalı futbolçu A Seriyasına transfer oluna bilər.
Sport1.az xəbər verir ki, "Sevilya"nın üzvü Dodi Lukebakio ilə "Milan" klubu maraqlanır. 2028-ci ilə qədər müqaviləsi olan 27 yaşlı sağ cinah oyunçusunun transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Lukebakio ötən mövsüm meydana çıxdığı 39 oyunda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az