“Bavariya”nın müdafiəçisi Adam Aznu İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan oyunçu ilə “Everton” maraqlanır. 19 yaşlı sol cinah müdafiəçisinin transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, mərakeşli oyunçu ötən mövsümü icarə əsasında “Real Valyadolid”də keçirib və 30 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az