APOEL-in üzvü Markinyos “Qarabağ”a transfer oluna bilər.Sport1.az-a daxil olan məlumata görə, Kipr klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan oyunçunun xidmətində Azərbaycan Premyer Liqasının son çempionu maraqlıdır. 28 yaşlı sol cinah oyunçusunun transfer dəyəri hazırda 1,5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm meydana çıxdığı 35 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
EMİN ZEYNALLI
Sport1.az