"Xetafe" Luis Milya ilə yolları ayıra bilər.Sport1.az xəbər verir ki, futbolçu ilə bir Yunanıstan klubu yaxından maraqlanır.
Söhbət "Olimpiakos"dan gedir. 30 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 3,5 milyon avrodur.
Qeyd edək ki, ispaniyalı ötən mövsüm La Liqada meydana çıxdığı 33 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az