Gənc ingilis futbolçunun "Qlazqo Reyncers"ə keçidi gündəmdədir.
Sport1.az xəbər verir ki, "Kristal Pelas"ın oyunçusu Cezaran Rak-Saki ilə "Qlazqo Reyncers" maraqlanır. 2027-ci ilə qədər müqaviləsi olan 22 yaşlı sağ cinah oyunçusunun transfer dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsümü icarə əsasında "Şeffild Yunayted"də keçirib və 36 oyunda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az