"Karvan" heyətini daha bir futbolçu ilə gücləndirib.Sport1.az xəbər verir ki, yevlaxlılar Kayl Spensi transfer edib.
Məlumatı klubun mətbuat xidməti yayıb. İngiltərəli ilə 1 illik müqavilə imzalanıb.
”Kristal Pelas” klubunun yetirməsi olan hücumameyilli yarımmüdafiəçi son olaraq Şimali İrlandiyanın “Kolreyn” klubunda forma geyinib.
28 yaşlı futbolçu burada 134 oyun keçirib 17 qol, 6 asistlik performans göstərib.
Sport1.az