Amerikalı qapıçı Mett Terner karyerasını yenidən doğma ölkəsində davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər “Nottinqem Forest”lə müqaviləsi olan futbolçu ilə MLS təmsilçisi “Nyu-İnqlend Revolyuşın” maraqlanır. 31 yaşlı qolkiperin hazırda transfer dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Kristal Pelas”da keçirən Terner meydana çıxdığı 4 oyunun 2-də qapısını toxunulmaz saxlayıb.
Sport1.az