İngiltərəli müdafiəçi Rob Xoldinqin karyerasını ABŞ-da davam etdirməsi gündəmdədir.Sport1.az xəbər verir ki, “Kristal Pelas”la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq futbolçu ilə “Kolorado Rapidz” maraqlanır. 29 yaşlı müdafiəçinin transfer dəyəri 3,5 milyon avrodur. Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Şeffild Yunayted”də çıxış edən Xoldinq 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az