"Qlazqo Reyncers"in futbolçusu transfer gündəmindədir.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan Ross Makkoslandla "Aris", "Sinsinati", "Bazel" və "Aud-Xeverle Lyeven" klubları maraqlanır. 22 yaşlı sağ cinah oyunçusunun transfer dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, o, ötən mövsüm 25 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az