Alman müdafiəçi yeni klubla müqavilə imzalamağa yaxındır.
Sport1.az xəbər verir ki, "Auqsburq"un futbolçusu Maksimilian Bauerə Xorvatiya klubu "Hayduk" maraq göstərir. 2027-ci ilə qədər müqaviləsi olan 25 yaşlı müdafiəçinin transfer dəyəri 2 milyon avrodur.
Qeyd edək ki, Bauer ötən mövsüm icarə əsasında çıxış etdiyi "Kayzerslautern"də 23 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az