Hazırda azad agent statusunda olan Luuk de Yonq karyerasını Şotlandiyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, niderlandlı hücumçu ilə Şotlandiya Premyerşipinin aparıcı klubu — “Qlazqo Reyncers” maraqlanır. 34 yaşlı futbolçunun transfer dəyəri hazırda 2,5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, o, ötən mövsümü Niderlandın “PSV” klubunda keçirib və 47 oyunda 18 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az