Konqolu hücumçunun Yaxın Şərqə transferi gündəmdədir.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər "Braqa" ilə müqaviləsi olan futbolçu ilə "Əl-Cəzirə" maraqlanır. 28 yaşlı forvardın transfer dəyəri 14 milyon avrodur.
Qeyd edək ki, Banza ötən mövsümü "Trabzonspor"da icarədə keçirib və 39 oyunda 22 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az