Serbiyalı hücumçu yeni klub axtarışında ola bilər.
Sport1.az xəbər verir ki, "Royal Şarlerua"nın futbolçusu Nikola Ştuliçlə "Leççe" və "Selta Viqo" maraqlanır. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq 23 yaşlı forvardın transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, Ştuliç ötən mövsüm 34 oyunda 17 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az