Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Barselona” qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.Sport1.az xəbər verir ki, kataloniyalılar “Aston Villa”nın qolkiperi Emiliano Martinezin xidmətində maraqlıdır. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Argentinalı “əlcək sahibi”nin Premyer Liqa klubu ilə 2029-cu ilə qədər müqaviləsi mövcuddur.
Qeyd edək ki, “Barsa”nın polşalı qapıçısı Voyçex Şesnı ilə mövsümün sonunda müqaviləsi başa çatır.
Sport1.az