"Fənərbağça" 2025/26 mövsümündə iddialı heyət formalaşdırmaq istəyir.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi indidən yeni futbolçu axtarışlarına başlayıb.
"Sarı-lacivərtlilər"in ilk hədəfi 30 yaşlı futbolçu Aleksandar Mitroviçdir. Serbiyalı hazırda "Əl-Hilal"da çıxış edir. Səudiyyə Ərəbistanı təmsilçisi də yeni hücumçu axtarışındadır. "Fənərbağça" bunu fürsət bilərək Mitroviçlə görüşlərə başlamaq niyyətindədir.
Qeyd edək ki, Səudiyyə Ərəbistan təmsilçisi serbiyalı üçün 52,6 milyon təzminat ödəmişdi. Mitroviç bu mövsüm çıxdığı 36 oyunda 28 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az