Serbiyalı futbolçu karyerasında yeni səhifə aça bilər.
Sport1.az xəbər verir ki, hazırda azad agent olan Lazar Markoviçlə İran təmsilçisi "Esteqlal" maraqlanır. 31 yaşlı sağ cinah oyunçusunun transfer dəyəri 1,2 milyon avrodur.
Qeyd edək ki, Markoviç ötən mövsüm "Baniyas"da 31 oyuna çıxaraq 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az