Təcrübəli müdafiəçi La Liqada qalıb-qalmamağı ilə gündəmdədir.
Sport1.az xəbər verir ki, serbiyalı müdafiəçi Matiya Nastasiçlə İspaniya təmsilçisi "Real Oviedo" maraqlanır. Hazırda azad agent olan 32 yaşlı futbolçunun transfer dəyəri 800 min avrodur.
Qeyd edək ki, o, ötən mövsüm "Leqanes"də 29 oyuna çıxaraq 1 qolla yadda qalıb.
Sport1.az