"Qalatasaray" və "Fənərbağça" qanalı futbolçunun keçidi üçün yarışır.
Sport1.az xəbər verir ki, hazırda azad agent statusunda olan Tomas Parti karyerasını Super Liqada davam etdirə bilər. Onunla həm "Qalatasaray", həm də "Fənərbağça" yaxından maraqlanır. 32 yaşlı müdafiəyəyönəlik yarımmüdafiəçinin transfer dəyəri 14 milyon avrodur. O, ötən mövsümdə "Arsenal"ın heyətində 52 oyuna çıxaraq 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az