Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin 97 nömrəli futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, klub 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);
* Qarşılaşmanın 83-cü dəqiqəsində “Qarabağ”ın 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, Ağdam təmsilçisi 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
* Matçın 83-cü dəqiqəsində qonaqların 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, klub 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.2, 32);
* Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilsin (maddə 51.2).
Sport1.az