Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda II Liqanın 15-ci turunun "Kür-Araz" - "Şəfa" matçı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Görüşün 69-cu dəqiqəsində “Kür-Araz”ın 22 nömrəli futbolçusu Mirabbas Mirbabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
* Görüşün Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
Sport1.az