Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, qurum Azərbaycan Kubokunun 1/4 finalının "Neftçi" - "Kəpəz" matçı ilə bağlı aşağıdakı qərarı verib.
* Oyunun 58-ci dəqiqəsində meydan sahiblərinin 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “ağ-qaralar" 1500 manat cərimə edilsin (maddə 39.1);
Sport1.az