Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 17-ci turunda keçirilən MOİK – “Qaradağ Lökbatan” görüşü ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilsin (maddə 37).
* Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə MOİK 80 manat cərimə edilsin (maddə 51.2).
* Qarşılaşmada “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilsin (maddə 37);
* Matç bitdikdən sonra qonaqların baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimlər otağına daxil olduğuna görə 3 oyun cəzalandırılsın, klub 300 manat cərimə edilsin (maddə 55.2, 1).
Sport1.az