Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 17-ci turunun “Cəbrayıl” – “Qəbələ” görüşü ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
* Matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibləri 80 manat cərimə edilsin (maddə 73.1).
*:Oyunu xərəkdaşıyan və topdaşıyanlarla vaxtında təmin edilmədiyinə görə “Cəbrayıl” 80 manat cərimə edilsin (maddə 74.1).
Sport1.az