Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turunun “Sabah-2” – “Araz-Naxçıvan-2” görüşü ilə bağlı aşağıdakı qərar qəbul olunub:
* Oyunun 88-ci dəqiqəsində “Sabah-2”nin 96 nömrəli futbolçusu Emil Əmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, meydan sahibləri 100 manat cərimə edilsin (maddə 41).
Sport1.az