Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplamtıda Əvəzedicilər Liqasının XXV turunun “Səbail-2” – “Şamaxı-2” görüşü ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Oyun günü planı pozulduğuna görə meydan sahibi komanda 100 manat cərimə edilsin (maddə 77.1);
* Matçöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə “Səbail-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1).
Sport1.az