Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, II Liqanın 15-ci turunun “Lerik” – “Hypers Guba” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Matçın 80-ci dəqiqəsində meydan sahiblərinin 42 nömrəli futbolçusu Valid Yusubzadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, klub 100 manat cərimə edilsin (maddə 41);
* Qarşılaşmada oyun günü planı pozulduğuna görə “Lerik” 100 manat cərimə edilsin (maddə 77.1).
Sport1.az