Voleybol üzrə Yüksək Liqada çıxış edən "Gəncə"də qalmaqal yaşanıb.Sport1.az xəbər verir ki, komandanın üzvləri - Yuliya Stenkina (Kərimova) ilə Olena Napalkova arasında insident yaşanıb. Münaqişəyə səbəb Rusiya-Ukrayna arasında davam edən müharibə olub. Millimizin üzvü Yuliya Kərimova ilə ukraynalı voleybolçunun bu məsələdə fikirləri üst-üstə düşməyib. Bu isə tərəflər arasında davaya səbəb olub.
Qeyd edək ki, Yuliya Stenkina əslən rusiyalıdır. O, milliləşdirilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Sport1.az