Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 17-ci turunun "Difai" - "Baku Sportinq" görüşü ilə bağlı aşağıdakı qərar qəbul olunub:
Görüşün 86-cı dəqiqəsində qonaqların 37 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, klub 50 manat cərimə edilsin (maddə 36.5).
Sport1.az