Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 17-ci turunun "Karvan" - "Zaqatala" matçı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
* Görüşün 89-cu dəqiqəsində meydan sahiblərinin 4 nömrəli futbolçusu Kənan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, “Karvan” 50 manat cərimə edilsin (maddə 42.2).
* Qarşılaşmada meydançaya kənar şəxslər daxil olduğuna görə klub 80 manat cərimə edilsin (maddə 51.2).
* Qarşılaşmada xərəkdaşıyanlar vaxtında təmin edilmədiyinə, onların yaş həddi pozulduğuna görə “Karvan” 80 manat cərimə edilsin (maddə 74.1).
Sport1.az