Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda I Liqanın 17-ci turunun "İmişli" - "Mingəçevir" matçı ilə bağlı aşağıdakı qərarlar verilib:
Oyunda meydan sahiblərindən 6 nəfər sarı vərəqə aldığına görə "çəhrayı pələnglər" 70 manat cərimə edilsin (maddə 37).
Qarşılaşmanın 87-ci dəqiqəsində “İmişli”nin 32 nömrəli futbolçusu Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılsın, klub 50 manat cərimə edilsin (maddə 36.5);
Görüşün 87-ci dəqiqəsində meydan sahiblərinin 4 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, klub 300 manat cərimə edilsin (maddə 40.3).
Oyunda Əsasnamənin tələbi pozulduğuna görə “İmişli” 50 manat cərimə edilsin (maddə 70.1).
Sport1.az