Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turun “Sumqayıt-2” – “Qarabağ-2” görüşü haqda aşağıdakı qərarlar qəbul olunub:
* Oyun günü planı pozulduğuna görə meydan sahibləri 100 manat cərimə edilsin (maddə 77.1);
* Oyun bitdikdən sonra “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, klub 300 manat cərimə edilsin (maddə 43.3);
Sport1.az