Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Sport1.az xəbər verir ki, qurum Azərbaycan Kubokunun 1/4 finalının "Zirə" - "Araz-Naxçıvan" oyunu barədə aşağıdakı qərarları qəbul edib.
* Meydan sahiblərində 5 nəfər sarı vərəqə aldığına görə Bakı klubu 700 manat cərimə edilsin (maddə 37);
* "Qartallar"ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” 500 manat cərimə edilsin (maddə 43.7);
Sport1.az