2024/25 mövsümünü sonuncu pillədə tamamlayaraq I Liqaya yuvarlanan "Səbail"in kapitanı Rüfət Abdullazadə karyerasını yenidən Premyer Liqada davam etdirə bilər.Sport1.az xəbər verir ki, "Turan Tovuz" futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.
Qərb təmsilçisi yarımmüdafiəçi üçün "dənizçilər"ə 100 min dollar təklif edir. Lakin qarşı tərəf Tovuz klubundan 150 min dollar tələb edir.
Transferin baş tutması üçün razılıq əldə edilərsə, "boz qurd" 24 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, R. Abdullazadə bu mövsüm "Səbail"in forması ilə 37 oyuna çıxıb və 7 qola, 8 məhsuldar ötürməyə imza atıb.
MURAD ABDULLAZADƏ
Sport1.az