İngiltərə / Digər Liqalar
20:56
27.05.2025
12
“Əl-Hilal” “Mançester Yunayted”in ulduzuna fantastik təklif irəli sürüb.Sport1.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Bruno Fernandeşin transferi üçün “qırmızı şeytanlar”a 119 milyon avro təklif edib. Bu barədə “Daily Mail” məlumat yayıb.
Ərəblər portuqaliyalı futbolçuya 3 mövsümlük müqavilə üçün 231 milyon avro verməyə hazırdır.
“Əl-Hilal” Brunoya qərar vermək üçün 72 saat vaxt verib.
Qeyd edək ki, Fernandeş 2024/25 mövsümündə Mançester klubunun forması ilə 57 oyuna çıxıb və 19 qola, 20 məhsuldar ötürməyə imza atıb.
Sport1.az