İspaniyalı tennisçi Karlos Alkarasın karyerası ərzində qazandığı pul mükafatının məbləği 40 milyon dolları keçib.Sport1.az xəbər verir ki, 21 yaşlı idmançı Monte-Karloda keçirilən "Masters" turnirində qələbə qazandığı üçün 1 milyon 37 min 674 dollar əldə edib.
Bununla da, Alkaras karyerası ərzində qazandığı pul mükafatı 40 milyon 231 min 787 dollar olub.
O, tarixdə bu məbləğə çatan 11-ci tennisçi olub. Siyahıya 24 qat Böyük Dəbilqə turnirinin qalibi Novak Cokoviç başçılıq edir. Serbiyalı ümumilikdə 186 milyon 933 min 983 dollar gəlir əldə edib.
Qeyd edək ki, Karlos Alkaras dördqat Böyük Dəbilqə çempionudur.
Sport1.az