Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ" "Zirə"ni minimal hesabla məğlub etdi -1:0.Qarşılaşmadan sonra Ağdam təmsilçisinin üzvü Kadi Borges
Sport1.az-a açıqlamasında qələbəni şərh etdi
"Rəqibimiz güclü, oyun isə çətin idi. Matçın belə keçəcəyini bilirdik. Onlara hörmətlə yanaşırıq. "Zirə" hazırda turnir cədvəlində 2-ci yerdədir. Lakin nəticə olaraq qalib gələn tərəf biz olduq. Bizim üçün yaxşı oyun oldu".Braziliyalı cərimə zərbəsindən fərqləndiyi qol barədə də danışdı:
"Mənim üçün o qədər də əhəmiyyət kəsb etmir. Fərdi mükafat qazanmaq nə qədər gözəl olsa da, daha vacib şeylər var. Qalib gəlsək də, məğlub olsaq, önəmli olan "Qarabağ"ın hər oyun qazanmasıdır."EMİN ZEYNALLI
Sport1.az