"Neftçi" "Sumqayıt"ı minimal hesabla məğlub etdi - YENİLƏNİB +VİDEO
Bu gün Misli Premyer Liqasının 24-cü turuna start verilib.
Sport1.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub. "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası, 24-cü tur 19:00. “Neftçi” - “Sumqayıt” 1:0 Qol: Filip Ozobiç, 90+7 - pen (1:0) Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev VAR: İnqilab Məmmədov, Elşad Abdullayev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Rüfət Əmirov “Neftçi Arena”