"Qarabağ"ın üzvü Sadiq Məmmədzadə "Belqrad" klubunda baxışda olub. Sport1.az xəbər verir ki, bu barədə məlumatı 18 yaşlı qolkiperin özü şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb.
Oyunçu çıxışı Serbiya klubunun məşqçiləri tərəfindən bəyənilib. Lakin Sadiq yaya qədər Ağdam təmsilçisində qalmağı üstün tutub.
Qeyd edək ki, 18 yaşlı qapıçı bu mövsüm "Qarabağ"ın heyətində 1 matçda meydana çıxıb. Misli Premyer Liqasının 3-cü turunda "köhlən atlar"ın "Kəpəz"i məğlub etdiyi matçda qapını Sadiq qoruyurdu.
Sport1.az